Türk Dövlətləri Təşkilatına üzv ölkələrdə daxildə sabitlik olsa da, təhdidlər var, çağırışlar var, xaricdən müdaxilə cəhdləri var və olacaq.
"Unikal"ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev mayın 23-də Türk Dövlətləri Təşkilatının (TDT) daxili işlər nazirlərinin ikinci görüşünün iştirakçılarından ibarət nümayəndə heyətini qəbul edərkən deyib.
“Yəni, heç kim bundan sığortalı deyil. Ona görə daxili işlər orqanlarının əsas vəzifəsi olan ictimai asayişin qorunması, əlbəttə ki, hər bir ölkəmiz üçün önəmli daxili sabitlik amilidir. Təşkilata üzv ölkələrin daxili işlər orqanlarının bir araya gəlməsi, müntəzəm olaraq görüşlərin keçirilməsi, fikir mübadiləsi, təcrübə mübadiləsi, informasiya mübadiləsi aparılması böyük önəm daşıyır”.