Rusiya-Ukrayna müharibəsində Rusiya tərəfindən döyüşlərdə iştirak edən Goranboy sakini həlak olub.
APA-nın yerli bürosunun məlumatına görə, rayonun Səfikürd kəndində anadan olmuş, Rusiya vətəndaşı 1970-ci il təvəllüdlü Səfail Babayev bugünlərdə döyüşlərdə öldürülüb.
Mərhumun bu gün Səfikürd kənd qəbiristanlığında dəfn olunması nəzərdə tutulub.