“ABŞ administrasiyası Kiyevi silahla təmin edir, lakin Rusiya-Ukrayna münaqişəsi tezliklə son qoyulmalıdır”.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bunu ABŞ Dövlət katibi Marko Rubio deyib.
“Biz hazırda onlara (red. - Ukraynaya) yardım göstəririk, lakin nəticədə müharibə başa çatmalıdır”, - o, əlavə edib.
Onun sözlərinə görə, Vaşinqton Kiyevi dünyada hamıdan çox dəstəkləyir.