
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Kommersant.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, mülayim şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə +15 dərəcədən +17 dərəcəyədək, gündüz +22 dərəcədən +27 dərəcəyədək olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 50-60% olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə +14 dərəcədən +18 dərəcəyədək, gündüz +24 dərəcədən +29 dərəcəyədək, dağlarda gecə +5 dərəcədən +10 dərəcəyədək, gündüz +13 dərəcədən +18 dərəcəyədək olacaq.