
Keçən gün vətəndaşların bank kartlarından 7 min manatdan çox pul oğurlanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, bank kartının üzərindəki CVV/CVC, SMS vasitəsilə göndərilən OTP kodları məxfi məlumatlardır. Bu məlumatlar naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında Sizə zərər vuracaqlar. Mayın 20-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 1560, 1300, 1000, 799, 750, 600, 510, 419, 381, 71 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.