EN

Naməlum nömrələrdən gələn zəng və mesajlara cavab verməyin, təhlükə var

Bank kartının üzərindəki CVV/CVC, SMS vasitəsilə göndərilən OTP kodları məxfi məlumatlardır. Bu məlumatlar naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında Sizə zərər vuracaqlar. 

Bu barədə DİN-dən məlumat verilib.  

Məlumata görə, mayın 20-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 1560, 1300, 1000, 799, 750, 600, 510, 419, 381, 71 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.

Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Naməlum zənglərlə, mesajlarla danışıq, yazışma aparılmamalıdır, belə zənglər dərhal bloklanmalıdır.

P.ƏMİRCANOV
XQ

Chosen
0
15
xalqqazeti.az

10Sources