Çin alimləri KRAS-G12C mutasiyası ilə qeyri-kiçik hüceyrəli ağciyər xərçəngi, kolorektal xərçəng və mədəaltı vəzi şişlərinin müalicəsi üçün yeni dərman D3S-001-in klinik sınaqlarının birinci mərhələsini uğurla başa vurublar.
Publika.az xəbər verir ki, bu barədə "South China Morning Post"(SCMP) məlumat yayıb.
D3S-001, əvvəllər müalicəsi çətin hesab edilən mutant KRAS-G12C zülalını bloklayan yeni nəsil inhibitordur.
Professor Herbert Lunqun sözlərinə görə, preparat mutasiya aktivliyini mövcud analoqlardan daha uzun müddət yatırır.
Sınaqlar zamanı dərman 62 xəstə üzərində sınaqdan keçirilib. Əvvəllər anti-KRAS dərman qəbul etməmiş 42 xəstədə şişlərin 70%-i kiçilib və ya yoxa çıxıb, 97%-də isə xəstəliyin irəliləməsi dayanıb.