EN

Mario Lemina İtaliyaya Qayıdır?

“Qalatasaray”ın təcrübəli yarımmüdafiəçisi Mario Lemina karyerasını İtaliyada davam etdirməyə yaxındır.

Busaat.az xəbər verir ki, 31 yaşlı qabonlu futbolçu ilə “Torino” maraqlanır.

Turin klubu yay transfer dönəmində Leminanı heyətinə qatmağı planlaşdırır və bu məqsədlə artıq “Qalatasaray”la ilkin əlaqə qurub.

Leminanın İstanbul təmsilçisi ilə müqaviləsi 2026-cı ilin 30 iyun tarixinə qədər qüvvədədir.

Qeyd edək ki, o, karyerası ərzində “Loryan”, “Marsel”, “Yuventus”, “Sauthempton”, “Fulhem”, “Nitsa” və “Vulverhempton” klublarında forma geyinib.

Chosen
0
1
busaat.az

2Sources