Gəncə Dövlət Universitetinin (GDU) Tədris məsələləri üzrə prorektoru Şahin Xurşudovun korrupsiya iddiaları əsasında vəzifədən azad edildiyi barədə məlumat yayılıb.
Publika.az xəbər verir ki, universitetdən “Qafqazinfo”ya bildirilib ki, prorektor işdən öz istəyi ilə çıxıb.
“O, professor elmi adını almaq üçün bu qərarı verib. Şahin Xurşudov, həmçinin tədris fəaliyyətini davam etdirir. Hazırda o, İqtisadiyyat fakültəsində yarımştat müəllim kimi fəaliyyət göstərir. Yayılan korrupsiya iddiaları əsassızdır”, - açıqlamada vurğulanıb.