EN

Sabah hava əsasən yağmursuz keçəcək

Bakı, 20 may, AZƏRTAC

Mayın 21-də ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəzlənəcək.

Havanın temperaturu gecə 16-18, gündüz 20-24 dərəcə isti olacaq. Atmosfer təzyiqi 757 millimetr civə sütunundan 763 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-75, gündüz 50-60 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Yağəntının ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Arabir duman olacaq. Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 15-19, gündüz 25-30, dağlarda gecə 6-11, gündüz 15-20 dərəcə isti olacaq.

 

Chosen
0
49
azertag.az

10Sources