EN

“Son zəng”in dəqiq tarixi və müddəti məlum oldu

Bu il ümumi təhsil müəssisələrində "Son zəng" iyunun 14-ü keçiriləcək.

Day.Az Teleqraf-a istinadən xəbər verir ki, tədbir saat 10-da başlayıb, ən gec saat 12:00-da yekunlaşmalıdır.

Tədbirdə bayağı musiqilər səsləndirilməməli, zorakılığı və zərərli vərdişləri təbliğ edən, siyasi, cinsi, dini və irqi ayrı-seçkili məzmunlu ifadələr işlədilməməlidir.

Təlimata əsasən "Son zəng" tədbiri müəssisələrdə tədris prosesinə mane olmadan keçirilməlidir. Həmçinin tədbirdə iştirak edən şagirdlərin xarici görkəminin və geyiminin oxuduğu təhsil müəssisəsinin nizam-intizam qaydalarına uyğun və səliqəli olması təmin edilməlidir.

"Son zəng" tədbirində 1-ci sinif şagirdləri və məktəbdə təhsil alan 11-ci sinif şagirdlərinin valideynləri, təhsil idarəetmə orqanlarının nümayandələri, asayişi qorumaq üçün əvvəlcədən müəyyən edilmiş polis nümayandələri, yerli icra hakimiyyətinin nümayəndələri, şəhid ailələrinin üzvləri və qazilər, məktəbin ictimai-sosial həyatında xüsusi rolu olan valideynlər iştirak edə bilərlər.

Chosen
0
4
day.az

10Sources