Bakı. Trend:
Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON)tərkibində fəaliyyət göstərən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”QSC-yə məxsus “Nəsimi” tankerinin tərsanə təmiri başa çatıb. “Zığ”Gəmi Təmiri və Tikintisi Zavodunda aparılan təmir işləri qısamüddətdə və yüksək keyfiyyətlə həyata keçirilib.
ASCO-dan Trend-ə verilən məlumata görə, proses“Bibiheybət” Gəmi Təmiri Zavodunda həyata keçirilib.
Bildirilir ki, təmir zamanı tankerin sualtı və suüstü hissələri,maşın şöbəsindəki mexanizmlər, gəminin baş göyərtəsi təmizlənərəkrənglənib. Gəmi üzrə klapanların təmiri və ağac emalı, eləcə dəgövdə-qaynaq, elektrik-quraşdırma işləri yerinə yetirilib.
Həmçinin tankerdə rabitə və elektroradionaviqasiya avadanlıqlarıtəmir edilib. Nasaz vəziyyətdə olan ehtiyyat hissələr yenisi iləəvəz olunub. Müasir tip “Inmarsat-C” peyk rabitə terminalları,stasionar ultraqısa dalğalı radiostansiya, qəza radiomayakı,qəza-xilasetmə radiostansiyalar və vericilər, Avtomatikİdentifikasiya Sistemi (AİS), maqnit kompas, girokompas, exolot vəsürət ölçən laq avadanlığı quraşdırılıb.
Təmirdən sonra gəmi yenidən istismara qaytarılıb.
Xatırladaq ki, “Nəsimi” tankerinin uzunluğu 149,9, eni 17,3metr, tam yükgötürmə qabiliyyəti 13,8 min tondur.