EN

“Nəsimi” tankerinin təmiri başa çatdı

BAKI, 20 may. TELEQRAF

AZCON-un şirkətlərindən olan ASCO-ya məxsus “Nəsimi” tankerinin tərsanə təmiri başa çatıb. “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda aparılan təmir işləri qısa müddətdə və yüksək keyfiyyətlə həyata keçirilib.

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyindən Teleqraf-a verilən məlumata görə, təmir zamanı tankerin sualtı və suüstü hissələri, maşın şöbəsindəki mexanizmlər, gəminin baş göyərtəsi təmizlənərək rənglənib. Gəmi üzrə klapanların təmiri və ağac emalı, eləcə də gövdə-qaynaq, elektrik-quraşdırma işləri yerinə yetirilib.

Həmçinin tankerdə rabitə və elektroradionaviqasiya avadanlıqları təmir edilib. Nasaz vəziyyətdə olan ehtiyyat hissələr yenisi ilə əvəz olunub. Müasir tip “Inmarsat-C” peyk rabitə terminalları, stasionar ultraqısa dalğalı radiostansiya, qəza radiomayakı, qəza-xilasetmə radiostansiyalar və vericilər, Avtomatik İdentifikasiya Sistemi (AİS), maqnit kompas, girokompas, exolot və sürət ölçən laq avadanlığı quraşdırılıb.

Təmirdən sonra gəmi yenidən istismara qaytarılıb.

Xatırladaq ki, “Nəsimi” tankerinin uzunluğu 149,9, eni 17,3 metr, tam yükgötürmə qabiliyyəti 13,8 min tondur

Chosen
0
7
teleqraf.com

8Sources