EN

Bu gün Bakının bəzi hissələrində qaz olmayacaq

Sabunçu və Suraxanı rayonlarının bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Day.Az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat yayıb.

Bildirilib ki, Sabunçu və Suraxanı rayonlarındakı mövcud qaz xətlərində aparılacaq təmir-bərpa və quraşdırma işləri ilə əlaqədər olaraq 20.05.2025-ci il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Qaz təchizatı dayandırılan müddətdə Sabunçu rayonunun Nizami küçəsinom, Ləhiş bağlarının, Maştağa qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Həmçinin Suraxanı rayonu, Hövsan qəsəbəsinin O.Şabanov, E.Qasımov, R.Abdullayev, F.Bayramov, H.Quliyev, E.Məmmədov, İ.Əhlimanov, Dənizkənarı, Məktəbli, Bağça, İ.Məmmədov, Ş.Ziyadov, S,Qılmanov küçələri, Zeytun sovxozu, Quşçuluq, Sahil döngələri, Bağlar ərazisindəki istehlakçların qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Chosen
0
49
day.az

10Sources