EN

İstanbul danışıqları imitasiya idi — Kiyev Rusiyanın mövqeyindən narazıdır

Ukrayna prezidentinin müşaviri Mixaylo Podolyak Rusiyanın 16 mayda İstanbulda təşkil etdiyi danışıqları “imitasiya” adlandırıb və qeyd edib ki, Moskva real sülhə deyil, vaxt udmağa çalışır.

Rzeczpospolita qəzetinə müsahibəsində Podolyak bildirib ki, Rusiya danışıqlara heç bir səlahiyyətə malik olmayan nümayəndə heyəti göndərib və atəşkəslə bağlı heç bir konkret təklif irəli sürməyib.

Onun sözlərinə görə, Rusiya sadəcə olaraq diplomatik təşəbbüslərə məhəl qoymadan müharibəni davam etdirmək niyyətindədir.

“Putin bu görüşlə Ukraynanı alçaltmaq və beynəlxalq ictimaiyyətə sülhə hazır olduğunu göstərmək istədi. Əslində isə hücum əməliyyatlarını davam etdirir,” —  Podolyak qeyd edib.

O bildirib ki, Rusiya danışıqlarda Ukraynadan ərazilərdən imtina, neytral status və Qərbdən silah tədarükünün dayandırılmasını tələb edib. Kiyev bu tələbləri qəbuledilməz hesab edir.

Buna baxmayaraq, Ukrayna ABŞ və Avropa İttifaqının təkidi ilə danışıqlarda iştirak edib. Podolyak əlavə edib ki, real sülh danışıqları yalnız atəşkəsdən sonra başlaya bilər.

N.Təbrizli

Chosen
0
1
anews.az

10Sources