EN

CBS rəhbəri Trampın iddiası fonunda istefa verib

CBS News-un rəhbəri Wendy McMahon, şirkət rəhbərliyilə strategiya ilə bağlı fikir ayrılıqlarını əsas gətirərək, prezident və baş direktor vəzifəsindən istefa verdiyini açıqlayıb...

Poliqon xəbər verir ki, bu barədə telekanalın saytında məlumat verilib.

MakMahon qeyd edib ki, son bir neçə ay onun üçün çətin olub və şəbəkənin irəliyə getməsi üçün rəhbərlik dəyişikliyinin vaxtı çatıb. McMahon-un gedişi ana şirkət Paramount Global-ın Skydance ilə birləşməyə hazırlaşdığı və ABŞ Prezidenti Donald Trampla hüquqi mübahisənin ortasında baş verir.

Qeyd edək ki, 2024-cü ilin oktyabrında Tramp CBS kanalını məhkəməyə verdi və 10 milyard dollar təzminat tələb etdi. Siyasətçi telekanalı müsahibəni seçkidəki rəqibi, Demokratlar Partiyasının namizədi Kamala Harrisin xeyrinə redaktə etməkdə ittiham edib. Tramp sonradan iddianın məbləğini 20 milyard dollara çatdırıb. 2025-ci ilin aprelində tərəflər münaqişəni vasitəçi vasitəsilə sülh yolu ilə həll etməyə çalışmağa başladılar. İddiada deyilir ki, CBS İsrail-Həmas münaqişəsi ilə bağlı eyni sualın iki fərqli versiyasını yayımlayıb, Harris isə fərqli cavab verib. Telekanal ittihamları əsassız adlandıraraq iddianı rədd etməyə çalışıb.

Poliqon.info 

Chosen
0
poliqon.info

1Sources