EN

Argentina prezidenti ölkədə pul mənşəyinin yoxlanılmasına son qoymaq istəyir

Argentina hökuməti pulların mənşəyinin yoxlanılmasının ləğv edilməsi ilə bağlı normativ bazanın hazırlanması üzərində çalışır.

Operativ Media xəbər verir ki, bu barədə ölkə prezidenti Xavyer Milei bildirib.

“O hesab edir ki, bu dəhşətlidir. Siz rahatlıqla dollar istifadə edə bilərsiniz və heç kim sizdən bununla bağlı heç bir izahat tələb etməməlidir”, – deyə o, A24 telekanalına verdiyi müsahibədə söyləyib.

Onun fikrincə, hökumətin hazırladığı tədbirlər iqtisadiyyata vəsaitlərin daxil olmasını təmin etməli və bu da artım tempini əhəmiyyətli dərəcədə sürətləndirə bilər.

“Argentina ÜDM-i 600 milyard dollardır, lakin argentinalıların döşəklərin altında 200 milyard dollardan 400 milyard dollara qədər pulu var, yəni ÜDM-in 33%-dən 66%-dək hissəsi”, – deyə dövlət başçısı vurğulayıb.

1Sources