EN

Durovdan Fransa hökumətinə qarşı yeni ittiham

Pavel Durov Fransa hakimiyyətini və xüsusi xidmət orqanlarını digər ölkələrin siyasətinə təsir etmək cəhdində ittiham edib. 

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı o, X sosial şəbəkəsindəki səhifəsində paylaşım edib.

"Fransa xarici kəşfiyyatı təsdiqlədi ki, onlar mənimlə guya terrorizm və uşaq pornoqrafiyası ilə mübarizə aparmaq üçün görüşüblər. Onlar Fransada terrorda şübhəli bilinən şəxslərin İP-ni istəyirdilər, lakin onların əsas məqsədləri həmişə geosiyasət olub: Rumıniya, Moldova, Ukrayna", - deyə Durov bildirib.

Chosen
0
1
bakivaxti.az

10Sources