EN

"Uşaqlıq arzumun gerçəkləşdiyi an idi" - Mahir "Nürnberq"lə vidalaşdı

style='margin-bottom:10px;'>

"Nürnberq"dən ayrılan Azərbaycan millisinin üzvü Mahir Emreli Almaniya klubu ilə vidalaşıb.

QOL.az xəbər verir ki, 27 yaşlı hücumçu bununla bağlı İnstaqram hesabında paylaşım edib.

O, alman dilində yazdığı vida mesajında qeyd edib: "Hər bir futbolçunun karyerasında elə klublar olur ki, onlar sadəcə yolun bir hissəsi olmur, insanın bir parçasına çevrilir. Mənim üçün "Nürnberq" məhz belə bir klub oldu.

Azərbaycanlı bir futbolçu üçün Avropanın ən tarixi klublarından birində oynamaq böyük qürur mənbəyidir. Amma bundan da dəyərli şey yalnız meydanda olmaq deyil, əsl əfsanə olan Miroslav Kloze ilə çalışmaq imkanı idi. Bu, mənim uşaqlıq arzumun gerçəkləşdiyi an idi.

Əziz "Nürnberq" ailəsi, siz mənə güvəndiniz və mən də bu formanı hər dəfə geyindikdə, vurduğum hər qolda, apardığım hər mübarizədə sizi qürurlandırmağa çalışdım. Bu formanı yalnız bədənimdə deyil, qürurla ürəyimdə daşıdım. Çünki arxamda siz vardınız – əziz azarkeşlər!

Bu gün "Nürnberq"dən ayrılıram, amma arxa fonda hələ də sizin səslərinizi, alqışlarınızı və bu şəhərin döyüntüsünü eşidirəm. Və ürəyimdə isə heç vaxt unudulmayacaq bir sevgini daşıyıram..."

M.Emreli vida mesajını klubun şüarı olan "Einmal Cluberer, immer Cluberer!" ("Bir dəfə klubda oldunsa, daimi klubdasan" sözləri ilə bitirib.

Qeyd edək ki, M.Emreli 2-ci Bundesliqada bu mövsüm 24 oyuna 10 qol vurub. O, əlavə olaraq kubokda da bir matçda fərqlənib. Beləliklə, azərbaycanlı futbolçu Almaniyada mövsümü 11 qolla yekunlaşdırıb.

Chosen
0
4
teleqraf.com

9Sources