EN

Azərbaycan Xəzərdə üzən elektrik stansiyası tikəcək

İranda yayınlanan “Təsnim” Xəbər Agentliyi maraqlı iddialarla çıxış edib.

Paytaxt.org xəbər verir ki, Çin-Azərbaycan münasibətlərindən bəhs edən təhlili yazısında İran mediası bunun böyük perspektivlər vəd etdiyini vurğulayıb.

Yazıda bildirilir ki, Azərbaycan-Çin əməkdaşlığı Bakıya təmiz enerji istehsalının artırılmasına kömək etməklə yanaşı, həm də əhəmiyyətli iqtisadi və strateji faydalar gətirir. “Az xərc Azərbaycanın yaşıl keçidinin sürətləndirilməsini maliyyə baxımından daha məqsədəuyğun edir, daha az kapital xərcləri ilə günəş və külək enerjisi potensialının sürətlə genişləndirilməsinə imkan verir”.

“Tasnim” həmçinin “Azərbaycan Cənubi Qafqazın yaşıl enerji mərkəzi olmaq yolundadır” fikrini də xüsusi vurğulayıb.

Amma  İran nəşri onu da iddia edib ki, Azərbaycan Xəzər dənizinsə Günəş və külək enerjisi ilə işləyən üzən gəmi inşa etməyə hazırlaşır. “Azərbaycan Çinin dəstəyi ilə bunu həyata keçirəcək. Xəzər hövzəsi küləkli və Günəş enerjisi ilə boldur. Azərbaycan belə bir üzən stansiya inşa edərsə, əhəmiyyətli dərəcədə elektrik enerjisi artımına nail olacaq”.

Chosen
0
2
paytaxt.org

3Sources