EN

Tramp: “Rusiya və Ukrayna dərhal atəşkəs üçün danışıqlara başlayacaqlar”

“Rusiya və Ukrayna dərhal atəşkəs və ən əsası, müharibənin tam dayandırılması üçün danışıqlara başlayacaqlar. Şərtlər isə iki tərəf arasında razılaşdırılacaq - olması lazım olduğu kimi, çünki danışıqlar prosesinin təfərrüatlarını yalnız onlar bilir, başqa heç kimə məlum deyil”.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığından sonra mətbuata açıqlamasında bildirib.

"Rusiya prezidenti Vladimir Putinlə iki saatlıq söhbəti indicə bitirdim. Düşünürəm ki, çox yaxşı keçdi. Söhbətin tonu və ruhu əla idi.

Rusiya bu fəlakətli “qan gölü” bitdikdən sonra ABŞ-la kütləvi ticarət əlaqələrində maraqlıdır və mən də bu fikri dəstəkləyirəm.

Rusiyanın yeni iş yerləri yaratmaq və rifahı artırmaq üçün böyük potensialı var. Ukrayna da öz ölkəsini yenidən qurarkən ticarət əlaqələrini inkişaf etdirə bilər”, - Tramp deyib.

O bildirib ki, Rusiya ilə Ukrayna arasında danışıqlar dərhal başlayacaq:
 

“Prezident Putinlə söhbətimdən dərhal sonra telefon danışığı zamanı mən bu barədə Ukrayna prezidenti Volodimir Zelenskiyə, Avropa Komissiyasının sədri Ursula fon der Leyenə, Fransa prezidenti Emmanuel Makrona, İtaliyanın baş naziri Corcio Meloniyə, Almaniya kansleri Fridrix Mersə və Finlandiya prezidenti Aleksandr Stubba məlumat verdim.


Proses başlasın!”

Bizim.Media

Chosen
0
50
bizim.media

10Sources