EN

Azərbaycan və Oman arasında ilk konsulluq məsləhətləşmələri keçirilib

Bakı. Trend:

Bu gün Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi iləOman Sultanlığının Xarici İşlər Nazirliyi arasında video-konfransformatında ilk konsulluq məsləhətləşmələri keçirilib.

Trendxəbər verir ki, bu barədə XİN məlumat yayıb.

Bildirilib ki, məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinəAzərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluqidarəsinin rəisi Emil Səfərov, Oman nümayəndə heyətinə isə OmanSultanlığının Xarici İşlər Nazirliyinin Konsulluq departamentininrəisi Mohammed Bin Nasir Al-Mabsali rəhbərlik edib.

Görüşdə Azərbaycan Respublikasının Oman Sultanlığındakıfövqəladə və səlahiyyətli səfiri Rəşad İsmayılov, o cümlədən, həriki ölkənin xarici siyasət qurumlarının məsul əməkdaşları,ölkəmizin Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliliyi, Elm vəTəhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyininnümayəndələri də iştirak edib.

Məsləhətləşmələr zamanı Azərbaycan Respublikası və OmanSultanlığı arasında konsulluq sahəsində əməkdaşlığın inkişafperspektivləri, bu sahədə ikitərəfli müqavilə-hüquq bazasınıngenişləndirilməsi imkanları müzakirə edilib.

Eyni zamanda, hər iki ölkənin vətəndaşlarına effektiv konsulluqyardımının göstərilməsi istiqamətində müzakirələr keçirilib.Konsulluq xidmətlərinin göstərilməsində rəqəmsallaşmanın tətbiqisahəsində təcrübə mübadiləsi aparılıb və bu istiqamətdə qarşılıqlıfaydalı əməkdaşlıq üçün geniş potensialın mövcud olduğuvurğulanıb.

Bundan əlavə, ölkələrimiz arasında ədliyyə, daxili işlər,təhsil, əmək, sosial müdafiə və digər sahələrdə əməkdaşlıqməsələləri nəzərdən keçirilib.

Chosen
0
19
az.trend.az

10Sources