EN

İrəvanda prezident İqamətgahının arxasında yük maşını PARTLADI

Bu gün Ermənistan paytaxtının Sarmen küçəsində, prezidentin rəsmi iqamətgahının arxa tərəfində ciddi hadisə baş verib.
 
Moderator.az xəbər verir ki, şahidlərin verdiyi məlumata görə, betonqarışdıran yük maşını idarəetməni itirərək aşıb, nəticədə alışaraq partlayıb. Partlayışın təsirindən yaxınlıqda dayanan digər avtomobil də yanmağa başlayıb.
 
Hazırda ərazidə yanğın və partlayış səsləri davam edir. Fövqəladə Hallar Xidmətinin əməkdaşları hadisə yerində operativ şəkildə müdaxilə işlərini davam etdirirlər.
 
Hələlik ölən və ya xəsarət alan şəxslərlə bağlı rəsmi məlumat açıqlanmayıb.
 
Qeyd edək ki, hadisənin Prezident iqamətgahına bu qədər yaxın ərazidə baş verməsi ictimaiyyətdə ciddi narahatlığa səbəb olub.
 
Chosen
0
6
moderator.az

7Sources