
Azərbaycan təmsilçisi Teymur Rəcəbov Rusiyada keçiriləcək ənənəvi şahmat turnirində iştirak edəcək.Sürətli şahmat üzrə “Şahmat ulduzları 5.0” turniri 25–30 iyun tarixlərində Moskvada baş tutacaq. Turnirin ümumi mükafat fondu 15 milyon rubl (təxminən 31 min manat) təşkil edir. Bu barədə yarışın rəsmi saytında məlumat verilib.Turnirdə həmçinin Rusiya şahmatçıları Sergey Karyakin, Vladislav Artyomyev, Aleksandra Qoryaçkina, Yekaterina Laqno və Valentina Qunina, İran təmsilçisi Əmin Təbatəbaei, Hindistandan Raunak Sadhvani, Çindən Hou Yifan və Qazaxıstandan Bibisara Asaubayeva da iştirak edəcəklər.✍️"Ulusum".az
Diqqət Çəkənlər
Vatikanın yeni səsi: XIV Leon taxta çıxdı
Bakı Qlobal Dəb Səhnəsində – MBFW Azerbaijan İşıqları Yandırdı! - FOTO
Sahibə Qafarova Roma Papasının taxt-tac mərasiminə qatılıb - FOTO