BAKI, TurkicWorld
Serbiya Prezidenti Aleksandr Vuçiç Türkiyənin regionda sabitliyin əsas fiquru olduğunu vurğulayıb.
TurkicWorld xəbər verir ki, Serbiya Prezidenti Aleksandr Vuçiç xarici işlər naziri Hakan Fidanı Belqradda qəbul edib.
Görüşdən sonra Vuçiç sosial media hesabında paylaşım edərək Türkiyə ilə Serbiya arasında sıx siyasi dialoq və geniş əməkdaşlıq münasibətlərinin olduğunu qeyd edib.
Vuçiç Türkiyənin 2027-ci ildə Belqradda keçiriləcək EXPO sərgisində iştirakını təsdiqləməsindən məmnunluğunu bildirib və bunun iki ölkə arasındakı qarşılıqlı etimadın göstəricisi olduğunu vurğulayıb. O, həmçinin “Türkiyə böyük təsiri ilə bütün regionda sabitliyin əsas faktorudur” sözlərini əlavə edib.
Qeyd edək ki, Hakan Fidanın Serbiyaya səfəri iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin daha da möhkəmləndirilməsi istiqamətində atılan mühüm addımlardan biridir.