EN

Zakir Həsənov Tel-Əvivdə İsrail müdafiə naziri ilə görüşüb

İsrailin müdafiə naziri İsrail Katz Tel-Əvivdə azərbaycanlı həmkarı general-polkovnik Zakir Həsənov ilə görüşüb.

Herbiand.az xəbər verir ki, bu barədə “Times of Israel’ İsrail Müdafiə Qüvvələrinə istinadən məlumat yayıb.

Görüş zamanı Katz iki ölkə arasında dərin strateji müttəfiqliyi yüksək qiymətləndirib, ortaq maraqlar və qarşılıqlı etimadın əhəmiyyətini vurğulayıb. Tərəflər müdafiə sahəsində əməkdaşlığı genişləndirmək barədə razılığa gəlib.

İsrail müdafiə naziri HAMAS-ın 7 oktyabr hücumundan sonra dəstəyə, eləcə də, İsraillə Türkiyə arasında vasitəçilik səylərinə görə Azərbaycana təşəkkür edib.

Katz Azərbaycanıın "Eurovision" yarışmasında İsrailə 12 xal verməsini iki hökumət və xalq arasında əsl dostluq əlaməti adlandırıb.

Chosen
0
6
herbiand.az

10Sources