Demokrat.az iqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı muxtar respublikanın Baş naziri Ceyhun Cəlilov qərar imzalayıb.
Qərara əsasən, aşağıdakı qərarlar ləğv olunub:
1. "Naxçıvan Muxtar Respublikasında əlavə dəyər vergisindən azad olunan kənd təsərrüfatı texnikalarının ehtiyat hissələrinin Siyahısı”nın təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2020-ci il 4 aprel tarixli 67 nömrəli Qərarı;
2. "Naxçıvan Muxtar Respublikasında Koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydasının təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 aprel tarixli 68 nömrəli Qərarı;
3. "Naxçıvan Muxtar Respublikasında sığortaolunanların ilkin tibbi-sanitariya yardımı üzrə dövlət tibb müəssisəsinə təhkimolunma Qaydası”nın təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2020-ci il 14 aprel tarixli 69 nömrəli Qərarı;
4. "İcbari tibbi sığorta şəhadətnaməsi”nin Nümunəvi forması”nın təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2020-ci il 14 aprel tarixli 72 nömrəli Qərarı;
5. "Tibbi xidmətlərin göstərilməsi haqqında Müqavilə”nin Nümunəvi forması”nın təsdiq edilməsi barədə” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2020-ci il 14 aprel tarixli 73 nömrəli Qərarı;
6. "Naxçıvan Muxtar Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma Qaydaları”nın təsdiq edilməsi barədə” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2020-ci il 2 iyun tarixli 97 nömrəli Qərarı;
7. "Naxçıvan Muxtar Respublikasında dövlət və ictimai ekoloji ekspertizanın həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 iyun tarixli 119 nömrəli Qərarı.
Məlumat üçün bildirək ki, daha əvvəl aprel ayında Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2018-ci il tarixli bir sıra qərarı ləğv edilib.
Xatırladaq ki, ləğv olunan qərarların əksəriyyəti həmin dövrdə muxtar respublikanın baş naziri vəzifəsində çalışan Əlövsət Baxşıyev imzalayıb. Ə.Baxşıyev 1994-1998-ci illərdə muxtar respublikanın maliyyə naziri, 1998-2000-ci illərdə maliyyə-iqtisadiyyat naziri, 2000-2020-ci illərdə isə baş naziri vəzifələrində çalışıb.
10Sources
-
nocomment.azNaxçıvanda Vasif Talıbovun imzaladığı qərarlar ləğv edildi ( 17433227)
-
7times.azVasif Talıbovun zamanında imzalanan bu qərarlar ləğv edildi – SİYAHI ( 17428631)
-
news24.azVasif Talıbovun imzaladığı qərarlar ləğv edildi ( 17419949)
-
moderator.azVasif Talıbovun zamanında imzalanan bu qərarlar ləğv edildi – SİYAHI ( 17424746)
-
demokrat.azNaxçıvanda Vasif Talıbovun imzaladığı qərarlar ləğv edildi ( 17422898)
-
turkustan.azVasif Talıbovun imzaladığı qərarlar ləğv edildi ( 17421179)
-
publika.azVasif Talıbovun imzaladığı qərarlar ləğv edildi ( 17421146)
-
cebheinfo.azVasif Talıbovun imzaladığı qərarlar ləğv edildi ( 17420525)
-
referans.azVasif Talıbovun imzaladığı qərarlar ləğv edildi ( 17420366)
-
yenisabah.azVasif Talıbovun imzaladığı qərarlar ləğv edildi ( 17419538)