Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2020-ci il tarixli bir sıra qərarı ləğv edilib.
Publika.az iqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı muxtar respublikanın Baş naziri Ceyhun Cəlilov qərar imzalayıb.
Qərara əsasən, aşağıdakı qərarlar ləğv olunub:
1. "Naxçıvan Muxtar Respublikasında əlavə dəyər vergisindən azad olunan kənd təsərrüfatı texnikalarının ehtiyat hissələrinin Siyahısı”nın təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2020-ci il 4 aprel tarixli 67 nömrəli Qərarı;
2. "Naxçıvan Muxtar Respublikasında Koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydasının təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 aprel tarixli 68 nömrəli Qərarı;
3. "Naxçıvan Muxtar Respublikasında sığortaolunanların ilkin tibbi-sanitariya yardımı üzrə dövlət tibb müəssisəsinə təhkimolunma Qaydası”nın təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2020-ci il 14 aprel tarixli 69 nömrəli Qərarı;
4. "İcbari tibbi sığorta şəhadətnaməsi”nin Nümunəvi forması”nın təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2020-ci il 14 aprel tarixli 72 nömrəli Qərarı;
5. "Tibbi xidmətlərin göstərilməsi haqqında Müqavilə”nin Nümunəvi forması”nın təsdiq edilməsi barədə” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2020-ci il 14 aprel tarixli 73 nömrəli Qərarı;