EN

Övladını bağçaya qoymaq istəyən valideynlərin nəzərinə

Məktəbəqədər təhsil müəssisələrinə elektron sənəd qəbulu sistemi üzrə növbələrin yaradılması müvəqqəti dayandırılır.

Demokrat.az xəbər verir ki, bu barədə MÜTDA məlumat yayıb.

Bildirilib ki, 2025-2026-ci tədris ili üzrə məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına hazırlıq ilə əlaqədar olaraq 23 may 2025-ci il tarixindən etibarən qəbul sistemi (bq.edu.az) üzrə növbələrin yaradılmasında fasilə yaranacaq, sistemə giriş məhdudlaşacaq və təsdiqlənməmiş sorğular silinəcək.

Chosen
0
6
demokrat.az

10Sources