Bakı, 19 may, AZƏRTAC
Növbəti mövsümdə Azərbaycan Yüksək Liqasında debüt edəcək “DH Volley Baku” komandası heyətini yeni oyunçu ilə gücləndirib.
Klubdan AZƏRTAC-a verilən məlumata görə, paytaxt təmsilçisi Ylenia Luna De Manqonun keçidini rəsmiləşdirib.
İtaliyalı voleybolçu ilə 1 illik müqavilə imzalanıb.