EN

Bakının müxtəlif rayonlarında silah-sursat aşkarlanıb

Yazını böyüt
Yazını kiçilt

Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində işlər davam etdirilir. Keçirilən növbəti tədbirlər nəticəsində Suraxanı rayonu ərazisində 1 tüfəng, 1 qumbara və 17 patron tapılaraq götürülüb.

Bu barədə hafta.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Nəsimi rayonunda yaşayan bir nəfər isə 1 avtomat silahı və 7 patronu polisə könüllü təhvil verib.

Bundan başqa, polis əməkdaşlarının daxil olmuş məlumat əsasında Nizami rayonu ərazisində keçirdikləri tədbir nəticəsində əvvəllər məhkum olunmuş 32 yaşlı Ə.Allahverdiyev saxlanılıb. Onun idarə etdiyi “Mercedes” markalı avtomobilə baxış zamanı 1 tüfəng aşkarlanıb.

Araşdırmalar aparılır.

Chosen
0
1
hafta.az

2Sources