EN

Sürət qatarları tənqid edildi: “Özbəkistandan da geri qalırıq...” - Video

Tanınmış ekspert İlham Şabanın Azərbaycandakı sürət qatarları ilə bağlı paylaşımı diqqət çəkib...

Belə ki, İ.Şabanın paylaşdığı videoda Azərbaycanda və Yaponiyada sürət qatarlarının sürətinin müqayisə edilib, ölkəmizdəki sürət qatarlarının yavaş hərəkət etməsi tənqid olunub.

Pravda.az xəbər verir ki, İ.Şaban videonu belə şərh edib:

““Jiquli” sürətindəyik.. “Afrosiyob”a bu sürətlə çatmağımız mümkün deyil. Qatarların sürəti məsələsində Azərbaycan Özbəkistandan xeyli geri qalır. Özü də bizdə Bakı-Ağstafa faktiki döngəsiz yoldur. Hacıqabul döngəsini nəzərə almasaq, 250 km/saat stabil sürət əldə etmək beləmi problemdir?”

Onun paylaşımına yazılan şərhlərin bəzilərini təqdim edirik:

“Biz hər gün o sürətlə işə gedib, qayıdırıq. Hərdən elə gedir ki, düşüb itələmək istəyirsən...”

“ADY-nin qatarları Stadler Kiss və Flirt qatarlarıdır. Onların da maksimum sürəti 200 km/saatdır. Bizim yollar, çox güman ki, təhlükəsizlik hasarı olmadığına görə, ya da relslər yararsız olduğu üçün 90 km-dən artıq sürmür”.

Poliqon.info

 

 

Chosen
0
4
poliqon.info

5Sources