Ajans.az xəbər verir ki, Respublika Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti “Telegram” kanalında məlumat yayıb ki, xilasedicilər təyyarəni 8 saatdan sonra tapıblar.
“Fövqəladə Hallar Nazirliyinin növbətçi hissəsinə məlumat daxil olub: Qızılorda vilayətində Tan-Kumkol istiqamətində hərəkət edən An-2 təyyarəsi məcburi eniş edib. Təyyarədə üç nəfər olub”, – məlumatda deyilir.
Qeyd edildiyi kimi, ekipajla heç bir əlaqə olmayıb, onların yeri məlum olmayıb. Səkkiz saatlıq axtarışlardan sonra, gecə saatlarında itkin düşənlər çöldə tapılıb. Tapılan heyət ən yaxın Terenözək kəndinə təxliyə edilib; tibbi yardıma ehtiyac duymayıblar.