EN

Müəllim məktəbdə xəsarət aldı - Direktor cəzalandırıldı

Beyləqan şəhər, N.Allahverdiyev adına 1 nömrəli tam orta məktəbin direktoru 1000 manat cərimə edilib.

“Cebheinfo.az” Musavat.com-a istinadən xəbər verir ki, buna səbəb dərs zamanı müəllimin məktəbdə yıxılaraq qolunun qırılması barədə müvafiq qurumlara məlumat verməməsi olub.

Belə ki, məktəbin tarix müəllimi A.İmanova dərs vaxtı ayağı döşəməyə ilişərək yıxılıb. Bu zaman onun qolu qırılıb. Müəllimin yıxılmasına səbəb döşəmənin yararsız vəziyyətdə olması olub.

Məktəbin direktoru Gülbəniz Cəfərova İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsinə əsasən 1000 manat məbləğində inzibati qaydada cərimə edilib. Buna səbəb də müəllimin xəsarət alması ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məlumat verməməsidir.

Direktor bu cərimədən narazı qalaraq məhkəməyə müraciət edib.

G.Cəfərovanın şikayəti rədd edilib və cərimə cəzası qüvvədə saxlanılıb.

“Cebheinfo.az”

Chosen
0
37
cebheinfo.az

10Sources