EN

Azərbaycan çətiri olmadan heç bir məsələni həll etmək mümkün deyildir- ÖZƏL

"Bir neçə il əvvəl "qoca qitə" soyuq qışda donarkən Azərbaycan bütün təhdidlərə və təzyiqlərə baxmayaraq Avropanı "öz çətiri" altına alıb xilas etdi. Bu gün Avropanın 10, Avropa İttifaqının 8 ölkəsinin enerji təminatında Azərbaycan müstəsna rol oynayır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin sədr müavini Musa Qasımlı deyib: "Cənab Prezidentimiz İlham Əliyevin mayın 16-da Albaniyanın paytaxtı Tiranada Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə görüşündə İttifaqın rəhbərlərinin Azərbaycanın Avropa İttifaqının vacib və etibarlı tərəfdaşı olduğunu demələri,  Avropanın enerjiyə ehtiyacı olan zaman ölkəmizin dəstəyini yüksək qiymətləndirmələri, Mərkəzi Asiya regionu ilə əlaqələrdə və Orta Dəhlizdə aparıcı rol oynamasını qeyd etmələri həm həmin rolun etirafı, həm də Azərbaycanın daim genişlənən beynəlxalq fəaliyyətini, tam müstəqil siyasət yürütdüyünü göstərir.     
        Tiranada Azərbaycan Dövlətinin Avropa İttifaqı rəhbərlərini yağan güclü yağışdan çətiri altına alaraq qoruması yüksək mədəniyyət, müdriklik, alicənablıq və təvazökarlıq olmaqla, həm də bir rəmzi məna daşıyırdı: "Azərbaycan çətiri olmadan təkcə bu regionda deyil, digər yerlərdə də heç bir məsələni həll etmək mümkün deyildir."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
0
olaylar.az

1Sources