EN

“Limitin ləğvi transferlərə təsir göstərəcək” - “Qarabağ”ın direktoru

style='margin-bottom:10px;'>

“Çempionluq adiləşib” demək insafsızlıq olar. Əlbəttə, çempionluq çox böyük sevincdir. Bu il də bu sevinci yaşadığımız üçün xoşbəxtəm. İnşallah, davamı olsun, 13, 14, 15-ci çempionluğu qazanaq. Açığı, mən üçüncü ulduzu da görmək istəyirəm”.

QOL.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın direktoru Emrah Çelikel komandasının 12-ci çempionluğunu şərh edərkən jurnalistlərə deyib.

O, mayın 31-də keçiriləcək ölkə kubokunun finalında da qalib gəlmək istədiklərini vurğulayıb: “Əlimizdən gələni edəcəyik. Komandamız meydana böyük motivasiya ilə çıxacaq. Avrokuboklar öncəsi kuboku qazanmaq bizim üçün stimul olar”.

Klub rəsmisi yayda heyətə yeni futbolçular cəlb ediləcəyini deyib: “Mütləq transferlər olacaq. Ancaq bu barədə planlarımız kubokun finalından sonra dəqiqləşəcək”.

“Legioner limitinin ləğvi “Qarabağ”ın transfer siyasətinə təsir edəcəkmi?” sualını E.Çelikel belə cavablandırıb: “Əlbəttə, hamıya necə, bizə də elə. Limitin ləğvi transferlərə təsir göstərəcək”.

Chosen
0
teleqraf.com

1Sources