EN

Rusiya ordusunun azərbaycanlı zabiti həlak oldu - BU RAYONDA DƏFN EDİLDİ

Rusiya-Ukrayna müharibəsində daha bir həmyerlimiz həlak olub.

Redaktor.az xəbər verir ki, Rusiya ordusunun zabiti Orxan Rafiq Oğlu Rzayev Ukraynanın endirdiyi zərbələr nəticəsində həyatını itirib.

Peşəkar hərbçi olan Orxan kapitan rütbəsi ilə Rusiya ordusunda xidmət edirmiş.

Mərhumun cənazəsi Kürdəmir rayonunun Quşlar kəndinə gətirilərək dəfn edilib (Qafqazinfo). 

Chosen
0
7
redaktor.az

8Sources