
Böyük Britaniyanın Tehrandakı müvəqqəti işlər vəkili İran Xarici İşlər Nazirliyinə çağırılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.
Məlumata görə, XİN İran vətəndaşlarının Böyük Britaniyada şübhəli və əsassız saxlanılması ilə bağlı müvəqqəti işlər vəkilinə etiraz edib.
Agentliyin məlumatına görə, XİN İran vətəndaşlarının saxlanmasının beynəlxalq və insan hüquqlarının qəbul edilmiş qayda və standartlarına zidd olduğunu ifadə edib.
Nazirlik həmçinin krallığın İslam Respublikasına qarşı əsassız ittihamlarına qarşı qəti etirazını bildirib.
Məlumata görə, mayın 17-də İranın dörd vətəndaşı Britaniyanın müxtəlif şəhərlərində saxlanılıb, bir müddət sonra isə sərbəst buraxılıblar .