EN

Rayan Şerki “Olimpik”dən ayrıldığını açıqladı

Fransanın “Olimpik” (Lion) klubu öz yetirməsi olan hücumameyilli yarımmüdafiəçisi Rayan Şerki ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə futbolçu özü açıqlama verib.

Tərəflər qarşılıqlı razılıq əsasında bu yay müddəti bitəcək müqaviləni yeniləməməyə qərar veriblər:

“Olimpik”ə verdiyim faydaya görə fəxr edirəm. Gələcəkdə hansı komandada çıxış edəcəyimi bilmirəm. “Anje”yə qarşı oynadığım matç sonuncu idi”, deyə Şerki yerli mətbuata açıqlamasında bildirib.

Qeyd edək ki, Rayan Şerki Lion “Olimpik”inin öz yetirməsidir. 21 yaşlı sağ vinger 2020-ci ildən bu klubun əsas komandasında forma geyinirdi. O, bu komandada keçirdiyi 6 mövsüm ərzində 185 oyuna çıxıb, 29 qola imza atıb, 45 məhsuldar ötürmə müəllifi olub.

Şerki Fransanın U-16, U-19, U-21 və U-23 və Olimpiya yığmalarında forma geyinsə də, hələ əsas millidə debüt şansı qazanmayb.

“Transfermarkt” internet-portalı 21 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 35 milyon avro məbləğində qiymətləndirir.

Chosen
0
arena.az

1Sources