EN

"Mançester Siti" braziliyalı futbolçu ilə anlaşdı

"Mançester Siti" yeni transfer reallaşdırmağa çox yaxındır. 

Fanat.Az xəbər verir ki, İngiltərə nəhəngi "Flamenqo"nun sağ cinah müdafiəçisi Ueslinin keçidini həll etməyə hazırlaşır. 

İnformasiyanı "Coluna do Fla" yayıb.

Mənbənin məlumatına göğrə, “şəhərlilər” braziliyalı ilə razılığa gələ biliblər. 21 yaşlı müdafiəçi qarşıdakı "transfer pəncərəsi"ndə İngiltərə nəhənginə qoşulmağa razılaşıb. 

Uesli bu mövsüm "Flamenqo"nun heyətində 21 oyun keçirib, 1 qol vurub və 2 məhsuldar ötürmə edib. O, mart ayında Braziliya millisində debüt edib. 

"Transfermarkt" ulduz futbolçunun dəyərini 15 milyon avro qiymətləndirir.

Mirağa

Chosen
0
fanat.az

1Sources