Moskva təbliğatçıları fəal şəkildə məlumat yayır ki, Rusiya guya "Şahid" tipli hücum pilotsuz təyyarələrini təkmilləşdirib və Ukrayna Müdafiə Qüvvələri onlara qarşı mübaruzə apara bilmir.
Axar.az xəbər verir ki, bu barədə "Defence Express” məlumat yayıb.
Qeyd olunur ki, bu məlumatlar həqiqətə uyğun deyil.
Ukraynalı hərbçi Aleksandr Karpyuk rusların təkmil "Şahid"lərin xüsusiyyətləri haqqında yalan danışdığını vurğulayıb.
O qeyd edib ki, Ukrayna bu dronları vurmağa qadirdir:
"Xüsusən də ruslar deyirlər ki, təkmilləşdirilmiş mühərrik sayəsində onların dronları 3 km-dən çox hündürlükdə uçur və 200 km/saatdan çox sürətə malikdir. Onlar iddia edirlər ki, belə göstəricilərlə helikopter və ya mobil yanğınsöndürmə qrupları köməksiz vəziyyətdə qalır. "Şahidlər" həqiqətən də göstərilən yüksəklikdə göstərilən sürəti təkmilləşdirə bilərlər. Lakin bu halda ruslar məsafəni və döyüş başlığının azaldılmasını qurban verməli olurlar".
O əlavə edib ki, mobil qruplar bu dronları daşınabilən hava hücumundan müdafiə sistemləri və zenit PUA-larından istifadə edərək vura bilər.