Ukrayna lideri Vladimir Zelenskinin ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens ilə Romada görüşü Kiyevdə Prezident Donald Tramp və Rusiya lideri Vladimir Putin arasında gözlənilən telefon danışığı ilə bağlı narahatlıqlar fonunda baş tutub.
Bu barədə "Vaşinqton Post" öz mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, Ukrayna tərəfi ABŞ və Rusiya liderləri arasında gözlənilən söhbətlə bağlı narahatlıq yaşayır:
"Zelenski və onun köməkçiləri əmin olmaq istəyir ki, Putin və Tramp Kiyevə qəbul edə bilməyəcəyi faktı təqdim etməsin".