EN

İnsan əcdadlarının “itmiş dünyasını” AŞKARLANDI

Niderland, İndoneziya, Avstraliya, Almaniya və Yaponiyadan olan beynəlxalq arxeoloqlar qrupu Yava adasının yaxınlığındakı Madura boğazının dibində insanların qədim əcdadları “Homo erectus”un kəllə sümüyünün fraqmentlərini və 36 növ heyvanın qalıqlarını aşkar ediblər.
 
Bu barədə araşdırma “Quaternary Environments and Humans” (QEH) elmi jurnalında dərc olunub.
 
“Biz ilk dəfə olaraq “Homo erectus”un təkcə Yava adasında deyil, həm də Asiya materiki ilə İndoneziya adaları arasında qədim quru körpüsü olan Sundalendin geniş düzənliklərində məskunlaşdığına dair sübut əldə etdik”, - Leyden Universitetinin (Almaniya) araşdırmaçısı, araşdırmanın həmmüəllif Harold Berqheys deyib.
 
Xüsusi maraq kəsb edən heyvan cəmdəklərinin izləri idi. Tapıntılar göstərir ki, qədim insanlar fəal şəkildə iri öküzləri ovlayır və sümük iliyi yığırdılar. Bu, qədim insanların müxtəlif qrupları arasında mədəni mübadiləni göstərə bilər.
 
Digər mühüm kəşflər arasında tısbağa bağalarının kəsilməsinə dair sübutlar, pəhrizin vacib hissəsi olan mollyuskların qalıqları və Asiya begemotları, Komodo kərtənkələləri və çay köpəkbalığı kimi nəsli kəsilmiş heyvanların sümükləri daxildir.
 
Tədqiqatçıların fikrincə, tapıntıların yaşı 140 min il olub. O dövrdə Sundalend müasir Afrika savannasına - fillərin, kərgədanların və digər iri heyvanların yaşadığı çaylar boyunca meşələri olan quru çöllərə bənzəyirdi.
Chosen
0
4
moderator.az

5Sources