EN

Ukraynadan hərbdə daha bir sıçrayış: PUA-ları yandıran yeni lazer silahı...-VİDEO

Ukraynanın “Fulltime Robotics” şirkəti pilotsuz uçuş aparatları (PUA) ilə mübarizə üçün nəzərdə tutulmuş “SlimBeam” lazer qülləsini təqdim edib. 1,5 kVt gücündə olan qurğu 800 metrə qədər məsafədə pilotsuz təyyarələri məhv etmək və 2 kilometrə qədər məsafədə onların optik sistemlərini korlamaq qabiliyyətinə malikdir.
Moderator.az bu haqda "Mignews" nəşrinə istinadla xəbər verir.
 
"SlimBeam" avtonom şəkildə işləyə bilər və ya operatorların təhlükəsizliyini təmin edən veb -proqram vasitəsilə uzaqdan idarə oluna bilər. Sistem kritik infrastrukturun və strateji obyektlərin mühafizəsini təmin etməklə həm mobil platformalarda, həm də stasionar məntəqələrdə quraşdırmaq üçün əlverişlidir.
 
Hava təhdidlərini zərərsizləşdirməklə yanaşı, lazer qülləsi minaları təmizləmək və partlayıcıları məhv etmək üçün istifadə edilə bilər. “Fulltime Robotics” şirkətinin baş direktoru İqor Andrusıkin sözlərinə görə, "SlimBeam" şüası görünməz və səssizdir, bu da onu döyüş meydanında effektiv alət edir.
 
Şirkət istehsalın genişləndirilməsi şərti ilə uzaq məsafələrdə hərəkət etmək üçün daha güclü lazerlər hazırlamağa hazırdır.

 

S.Laçın
Chosen
0
1
moderator.az

2Sources