EN

Burak Yılmaz: "Onun üzrünü qəbul etmirəm"

Ötən gecə "RAMS Başakehir"ə 3-2 hesabı ilə uduzan "Kasımpaşa"nın baş məşqçisi Burak Yılmaz gələcək mövsümdə çox iddialı bir komanda formalaşdıracağını açıqlayıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə o, matçdan sonra keçirilən mətbuat konfransında danışıb.

Yılmaz bildirib ki, matça çox yaxşı başlasalar da, sonunc istədiyi kimi olmayıb: "Gənc müdafiəçilərimizlə təkbətək mübarizə apardıq. Futbolçularıma təşəkkür edirəm. Əslində, biz oyunda deyil, kiçik detallarda uduzduq. Futbolçularımla fəxr edirəm. Bizə bu gözəl mühiti yaşatdıqları üçün klub prezidentinə və idarə heyətinə də minnətdaram. Uğurdan başqa yolumuz yoxdur. "Kasımpaşa" gələn mövsüm çox iddialı bir komanda olacaq".

Burak Yılmaz "RAMS Başakşehir"in baş məşqçisi Çağdaş Atanın "Kasımpaşa"nın məşqçi heyətinin üzvü Serhat Sütlüyə qarşı davranışından dolayı sonradan üzrxahlığını isə qəbul etmədiyini deyib: "Bir şey etdikdən sonra üzr istəmək düzgün deyil. İkinci qoldan sonra ehtiyat oyunçular skamyamızakı davranışı qəbulolunmazdır. Çağdaş hocanın belə bir məcburiyyət yaşamasını istəmirəm. Onun üzrünü də qəbul etmirəm."

Fərid ASLAN
MİA.AZ

Chosen
0
2
mia.az

3Sources