EN

Danimarka Ukraynaya böyük yardım paketi ayırdığını açıqlayıb

Danimarkanın Müdafiə Nazirliyi Ukraynaya yeni artilleriya mərmiləri və sursatların daxil olduğu 26-cı hərbi yardım paketinin verildiyini açıqlayıb.

APA xəbər verir ki, bununla bağlı məlumat nazirliyin rəsmi internet saytında dərc olunub.

Məlumatda bildirilib ki, təxminən 4,2 milyard Danimarka kronu (təxminən 563 milyon avro) dəyərində paket Ukraynaya Dəstək Fondu və Avropa Sülh Fondundan kompensasiya gəlirləri hesabına maliyyələşdirilir.

Müdafiə naziri Troels Lund Poulsen vəsaitin döyüş sursatı, döyüş təyyarələri üçün avadanlıq və təlim bazasının genişləndirilməsinə yönəldiləcəyini bildiri.

Chosen
0
1
apa.az

2Sources