Bakı. Trend:
Mayın 18-də səhər saatlarında Almaniyanın mərkəzində Bielefeldşəhərində bir kişi barın qarşısında ən azı beş nəfəribıçaqlayıb.
Trend-in məlumatına görə, bu barədə "Bild" nəşri polisəistinadən xəbər verib.
Məlumata əsasən, üç nəfər ağır xəsarətlərlə xəstəxanayaçatdırılıb. "Tagesschau" xəbərlər xidməti polisə istinadən xəbərverir ki, bir nəfər ölüm təhlükəsi altındadır, dörd nəfərinvəziyyəti ağırdır.
Hadisəni törətdiyi iddia edilən şəxs 35 yaşlı Suriyavətəndaşıdır və hazırda axtarışdadır. İstintaq orqanlarınınməlumatına görə, o, 2023-cü ilin avqust ayından Almaniyadadır vəmüvəqqəti yaşamaq icazəsi əldə edib.