"Cari mövsüm bizə meydan oxudu". 

Bu sözləri "Qarabağ"ın vingeri Leandro Andrade Offsideplus.az-a açıqlamasında deyib. 25 yaşlı futbolçu Ağdam təmsilçisinin mükafatlandırma mərasimindən sonra komandasının cari mövsüm performansını dəyərləndirib. 

"Mən irəliləyiş və enişlər görmürəm. Mənə görə irəliləyiş və öyrənmə mərhələsi var. Çünki bir şeydə uğursuzluğa düçar olsaq, bunu yenidən yaşamamaq üçün səhvimizdən öyrənmək şansımız var. Məncə, gələcəyimiz yaxşı olacaq". 

L.Andrade "Qarabağ"ın bu mövsüm avrokuboklardakı çıxışından çox şey öyrənəcəyini düşünür:

"Avrokuboklarda yenidən iştirak etmək üçün səbirsizlənirəm. Hələ ki kubok oyunumuz qalıb. Azərbaycan Kubokuna sahib çıxmaq çox yaxşı olardı. Dediyim kimi, bu il öyrənməli olduğumuz çox şey var. Növbəti mövsümün daha yaxşı olacağını təxmin edirəm".