EN

“Qarabağ”dan möhtəşəm gecə, yadda qalan qollar - VİDEO

Premyer Liqanın XXXV turunda "Qarabağ" "Kəpəz"i məğlub edib.

Sportinfo.az xəbər verir ki, "Azərsun Arena"da baş tutan turun son görüşü meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Ağdam təmsilçisinin heyətində Leandro Andrade (31), Aleksey Kaşuk (72) və Musa Qurbanlı (82) fərqləniblər.

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv 86 xalla birincidir. "Köhlən atlar" çempionluğunu üç tur əvvəl rəsmiləşdirib. 32 xala malik Gəncə təmsilçisi səkkizincidir.

“Qarabağ” – “Kəpəz” 3:0
Qollar
:Leandro Andrade 34, Kaşuk 73,Musa Qurbanlı 82
Baş hakim: Rəvan Həmzəzadə
Azersun Arena

Chosen
0
sportinfo.az

1Sources