“Qarabağ” heyətini yeni hücumçuyla gücləndirmək istəyir.
“Bota Sot”un məlumatına görə, Ağdam təmsilçisi “Vora”nın oyunçusu Manfredas Ruzgisə ciddi maraq göstərir. "Köhlən atlar"ın onu əldə etmək üçün ilkin addımlar atmağa başladığı bildirilir.
Litva millisində çıxış edən 28 yaşlı futbolçu bu mövsüm komandasının heyətində 30 matçda 24 qol vurub.
Litvalının Albaniya klubu ilə müqaviləsi bu yay başa çatır.